Qelebə.az / "Sumqayıt" klubunun şikayəti təmin olunmayıb

"Sumqayıt" klubunun şikayəti təmin olunmayıb

24-12-2024, 17:23

"Sumqayıt" klubunun apellyasiya şikayəti təmin edilməyib.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Milli assosiasiyanın İntizam Komitəsinin Gənclər Liqasında "Sumqayıt" komandasının baş məşqçisi Kənan Hacıyevə verdiyi 5 oyunluq cəza qüvvədə saxlanılıb.

Mütəxəssis "Zirə" ilə matçda hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətmişdi.

Geri qayıt