Qelebə.az / Mahir Emrelinin komandasının təlim-məşq toplanışına başlayacağı vaxt bəlli olub

Mahir Emrelinin komandasının təlim-məşq toplanışına başlayacağı vaxt bəlli olub

24-12-2024, 14:18

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasının təlim-məşq toplanışına başlayacağı vaxt müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisi rəsmi saytında məlumat yayıb.

Kollektiv yanvarın 4-də klubun bazasında bir araya gələcək. Bir gün sonra start götürəcək hazırlıq prosesi 7 gün davam edəcək.

Komanda yanvarın 12-də iki yoxlama matçı ilə toplanışa yekun vuracaq.

Qeyd edək ki, "Nürnberq" II Bundesliqada 17 turdan sonra 22 xalla 11-ci pillədə qərarlaşıb.

Geri qayıt