Qelebə.az / "Turan Tovuz"un futbolçusu əməliyyat olunub

"Turan Tovuz"un futbolçusu əməliyyat olunub

24-12-2024, 13:46

"Turan Tovuz" klubunun futbolçusu Faiq Hacıyev əməliyyat olunub.

Tovuz təmsilçisinin mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib.

İstanbulda baş tutan əməliyyatdan 2 gün sonra futbolçu ev şəraitində müalicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.

Geri qayıt