Qelebə.az / AFFA rəhbərliyi "Neftçi"nin sabiq vitse-prezidentinə forma hədiyyə edib

AFFA rəhbərliyi "Neftçi"nin sabiq vitse-prezidentinə forma hədiyyə edib

23-12-2024, 16:38

AFFA rəhbərliyi sabiq FIFA referisi, "Neftçi"nin keçmiş vitse-prezidenti Tahir Süleymanovu 60 illik yubileyi münasibətilə təbrik edib.

"QELEBE.AZ" xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev tərəfindən səbəbkara üzərində 60 rəqəmi əks olunmuş forma hədiyyə olunub.

T. Süleymanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Geri qayıt