Qelebə.az / La Liqa: “Atletiko” səfərdə “Barselona”nı məğlub edib

La Liqa: “Atletiko” səfərdə “Barselona”nı məğlub edib

22-12-2024, 01:58

İspaniya La Liqasının XVIII turunda “Barselona” “Atletiko”nu qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, baş hakim Rikardo De Burqosun idarə etdiyi matç Barselonanın Olimpiya stadionunda baş tutub.

Matçın 30-cu dəqiqəsində Pedri katalonları hesabda irəli çıxarıb. Ev sahiblərinin çoxsaylı cəhdlərinə baxmayaraq, hücumlarını qolla tamamlaya bilməyiblər. Əvəzində 60-cı dəqiqədə “döşəkçilər” tablodakı rəqəmləri eyniləşdiriblər: argentinalı mərkəz müdafiəçisi Rodriqo de Paul cərimə meydançasının həndəvərindən topu qapıya göndərib. Matçın əsas vaxtına əlavə edilmiş 6-cı dəqiqədə norveçli hücumçu Aleksander Sörlot qonaqların qələbə qolunu vurub - 2:1.

Qeyd edək ki, 18 turdan sonra “Atletiko” 41 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. Bir oyun artıq keçirən “göy-qırmızılar” isə 38 xalla ikincidirlər. Komandaların ən yaxın təqibçisi isə əzəli rəqibləri “Real”diır (17 oyun, 37 xal).

Geri qayıt