Qelebə.az / Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb

22-12-2024, 10:49

Azərbaycan millisinin cüdoçusu Uşanqi Kokaurinin (+100 kq) çıxış etdiyi Gürcüstanın “Zolotoy Qori” klubu Çempionlar Liqasında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, yarış Fransanın Monpelye şəhərində təşkil olunub.

Kokaurinin yer aldığı kollektiv qarışıq komanda yarışında üçüncü yeri tutub.

Qeyd edək ki, Fransanın PSJ klubu qızıl medal əldə edib.

Geri qayıt