Qelebə.az / Rusiyalı idmançı antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə diskvalifikasiya edilib

Rusiyalı idmançı antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə diskvalifikasiya edilib

20-12-2024, 21:34

Rusiyalı tennisçi Daniil Savelyev antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə diskvalifikasiya edilib.

"QELEBE.AZ" xəbər verir ki, idmançının dopinq nümunəsində qadağan olunmuş maddə - meldonium aşkarlanıb.

Qeyd edək ki, 23 yaşlı tennisçidən avqustun 20-də test götürülüb və cəzası həmin gündən hesablanır. O, verilən cəzaya etiraz etməyib.

Geri qayıt