DÇ-2022-nin ən gənc futbolçuları açıqlanıb.
QELEBE.AZ saytının məlumatına görə, Qətərdə keçiriləcək mundialın ən azyaşlı oyunçusu Yussuf Mukokodur.
Dünya çempionatının açılışının gerçəkləşəcəyi noyabrın 20-də Almaniya millisinin üzvünün 18 yaşı tamam olacaq. Avstraliya yığmasının hücumçusu Qaranq Kuol 18 yaşını sentyabrın 15-də qeyd edib.
İlk “üçlüy”ü Pedri qapayır. İspaniya millisinin yarımmüdafiəçisi avqustun 6-da 18 illiyini tamamlayıb.
Qeyd edək ki, noyabrın 20-də başlayacaq mundial dekabrın 18-də yekunlaşacaq.