Qelebə.az / "Real" "İnter" klubunun müdafiəçisini transfer etmək istəyir

"Real" "İnter" klubunun müdafiəçisini transfer etmək istəyir

18-12-2024, 18:26

İspaniya təmsilçisi "Real" (Madrid) İtaliyanın "İnter" klubunun müdafiəçisi Alessandro Bastonini transfer etmək istəyir.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, keçid baş tutarsa 25 yaşlı futbolçu "Kral klubu"nun əsas heyət üzvünə çevriləcək.

Qeyd edək ki, A.Bastoni cari mövsüm "İnter"in heyətində 19 oyunda meydana çıxıb və 4 məhsuldar ötürmə edib.

Geri qayıt