Qelebə.az / Naxçıvandan olan hakimlər briqadası ilk dəfə Azərbaycan çempionatının oyununa təyinat alıblar

Naxçıvandan olan hakimlər briqadası ilk dəfə Azərbaycan çempionatının oyununa təyinat alıblar

18-12-2024, 17:36

Azərbaycan futbol tarixində ilk dəfə Naxçıvandan olan hakimlər briqadası AFFA-nın təşkil etdiyi Respublika dərəcəli yarışa təyinat alıblar.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, U-17 Liqasının XIX turunda keçirilən “Neftçi” – “Şamaxı” oyununda reallaşıb.

“Neftçi Futbol Mərkəzi”ndə baş tutan matçı Pərviz İbrahimov idarə edib. Vüsal Xəlilzadə və İlkin Mustafazadə baş hakimin köməkçiləri qismində fəaliyyət göstəriblər.

Geri qayıt