Qelebə.az / Çempionlar Liqasında iştirak edən klubun baş məşqçisi qovulub

Çempionlar Liqasında iştirak edən klubun baş məşqçisi qovulub

16-12-2024, 20:21

UEFA Çempionlar Liqasında iştirak edən Avstriya təmsilçisi "Zaltsburq"un baş məşqçisi Pepeyn Leynders vəzifəsindən qovulub.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssis komandanın qeyri-qənaətbəxş nəticələrinə görə postundan kənarlaşdırılıb.

Qeyd edək ki, "Zaltsburq" mübarizə apardığı Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlmək şansını itirib. Kollektiv Avstriya çempionatında lider "Ştrum"dan 10 xal geri qalaraq beşinci pillədə qərarlaşıb.

Geri qayıt