Qelebə.az / "Barselona" Almaniya millisinin müdafiəçisini transfer etmək istəyir

"Barselona" Almaniya millisinin müdafiəçisini transfer etmək istəyir

14-12-2024, 10:59

İspaniyanın "Barselona" klubu Almaniya təmsilçisi "Bayer 04"ün müdafiəçisi Conatan Tanı transfer etmək istəyir.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar Almaniya millisinin üzvünün cari mövsümün sonu azad agent kimi sıralarına cəlb etməyi planlaşdırır.

25 yaşlı futbolçunun leverkuzenlilərlə müqavilə müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Conatan Ta 10 ildir "Bayer 04" komandasının şərəfini qoruyur. O, cari mövsüm 23 görüşdə iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt