Qelebə.az / DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub

DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub

13-12-2024, 15:50

Futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki rəqibləri bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, İsveçrənin Sürix şəhərində təşkil olunan püşkatmada yığmamız IV səbətdə yer alıb.

Püşkatma nəticəsində komandanın D qrupunda yarışacağı müəyyənləşib. Milli Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, Fransa və Xorvatiya yığmaları UEFA Millətlər Liqasının oyununda üz-üzə gələcəklər. Qalib komanda D qrupunda mübarizə aparmaq hüququ qazanacaq.

Geri qayıt