Qelebə.az / Azərbaycan Basketbol Liqasında VI turun daha bir oyunu baş tutacaq

Azərbaycan Basketbol Liqasında VI turun daha bir oyunu baş tutacaq

13-12-2024, 09:17

Azərbaycan Basketbol Liqasının VI turunda bu gün daha bir oyun keçiriləcək.

"QELEBE.AZ"un məlumatına görə, günün yeganə matçında "Abşeron" NTD ilə üz-üzə gələcək.

Qarşılaşma saat 15:00-da start götürəcək.

"Abşeron" A qrupunda 7 xalla 4-cü, NTD 6 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, əvvəlki qarşılaşmalarda "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81) məğlub edib. VI tura dekabrın 14-də iki görüşlə yekun vurulacaq.

Geri qayıt