Qelebə.az / Rusiyanın iki güləşçisi antidopinq qaydalarını pozduqlarına görə cəzalandırılıblar

Rusiyanın iki güləşçisi antidopinq qaydalarını pozduqlarına görə cəzalandırılıblar

12-12-2024, 12:45

Rusiyanın iki güləşçisi - Xizar Durqayev və Kamal Məlikov antidopinq qaydalarını pozduqlarına görə diskvalifikasiya ediliblər.

"QELEBE.AZ" TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi qərar çıxarıb.

Hər iki idmançının cəzasının müddəti 4 ildir və 2024-cü il iyulun 18-dən hesablanıb.

Onlar qadağan olunmuş preparatlardan istifadə etdikləri üçün cəzalanıblar. Güləşçilər artıq karyeralarını başa vurublar.

Qeyd edək ki, 41 yaşlı Xizar Durqayev 2009-cu ildə Rusiya çempionu olub. 37 yaşlı Məlikov isə 2010-cu ildə komandalararası Dünya Kubokunda qızıl medala sahib çıxıb.

Geri qayıt