Qelebə.az / Avropa Liqası: "Fənərbağça" doğma meydanda məğlub olub

Avropa Liqası: "Fənərbağça" doğma meydanda məğlub olub

11-12-2024, 21:22

UEFA Avropa Liqasının Liqa mərhələsində Türkiyə təmsilçisi "Fənərbağça" İspaniyanın "Atletik" klubuna (Bilbao) məğlub olub.

“Report”un məlumatına görə, "sarı-lacıvərdlilər" VI turun oyununda 0:2 hesabı ilə uduzub.

"Ülkər" stadionunda baş tutan matçda qonaqların heyətində İnyaki Uilyams (5, 45+1) dubl edib.

Qeyd edək ki, Liqa mərhələsində VI turun qalan görüşləri sabah keçiriləcək.

Geri qayıt