Qelebə.az / Almaniya Superkubokunun adı Frans Bekkenbauerə görə dəyişdirilib

Almaniya Superkubokunun adı Frans Bekkenbauerə görə dəyişdirilib

11-12-2024, 17:42

Futbol üzrə Almaniya Superkubokunun adı dəyişdirilib.

"QELEBE.AZ" "Bild"ə istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı və Almaniya Futbol Liqası qərar çıxarıblar.

Turnir Frans Bekkenbauer Kuboku adlanacaq.

2025-ci il avqustun 16-da turnirin qalibi müəyyənləşəcək. Burada ölkə kubokunun qalibi ilə Bundesliqa çempionu üz-üzə gələcək.

Qeyd edək ki, Almaniya yığmasının əfsanəvi oyunçusu 2024-cü il yanvarın 7-də vəfat edib.

Geri qayıt