Qelebə.az / Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

14-11-2022, 23:59

Almaniyanın "Hamburq" komandasının futbolçusu Mario Vuşkoviçdən götürülmüş dopinq-testin cavabı müsbət çıxıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyası (DFB) məlumat yayıb. Xorvatiyalı müdafiəçinin qan nümunəsində eritropoetin maddəsi aşkarlanıb.

DFB-nin Nəzarət Komitəsi artıq məsələ ilə bağlı araşdırmalara başlandığını açıqlayıb. Oyunçunun uzun müddət futboldan kənarlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, Mario Vuşkoviç bu ilin iyulundan "Hamburq"da çıxış edir.

Geri qayıt