Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura yekun vurulub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura yekun vurulub

11-12-2024, 16:57

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, turun sonuncu oyununda “Murov Az Terminal” klubu "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Qeyd edək ki, ötən gün “Xilasedici” MOİK-i məğlub edib - 3:0. "Azərreyl" eyni hesabla "Gənclər" komandasını üstələyib.

Geri qayıt