Qelebə.az / Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

14-11-2022, 21:17

Güləş üzrə 2023-cü il dünya çempionatına ev sahibliyi edəcək ölkə açıqlanıb.

"QELEBE.AZ" Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Yarışı təşkil etmək Azərbaycan və Türkiyə də öz namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, dünya çempionatının gələn il 16 - 24 sentyabrda keçirilməsi planlaşdırılır. Amma sentyabrın 23-də start götürəcək Asiya Oyunları ilə bağlı yarışın vaxtında dəyişiklik edilə bilər.

Geri qayıt