Qelebə.az / "Qalatasaray" futbolçusu ilə müqavilə müddətini artırıb

"Qalatasaray" futbolçusu ilə müqavilə müddətini artırıb

10-12-2024, 19:38

Türkiyə təmsilçisi "Qalatasaray" futbolçusu Metehan Baltacı ilə müqavilə müddətini uzadıb.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi yeni sözləşməyə əsasən 2028-ci ilə qədər "sarı-qırmızılar"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, cari mövsüm "Qalatasaray"ın heyətində 7 oyuna çıxan M.Baltacı 1 dəfə qol ötürməsi edib.

Geri qayıt