Qelebə.az / Çempionlar Liqasının qalibi olan futbolçu Macarıstan klubu ilə müqavilə imzalayıb

Çempionlar Liqasının qalibi olan futbolçu Macarıstan klubu ilə müqavilə imzalayıb

10-12-2024, 15:36

İngiltərənin "Liverpul" klubunun heyətində Çempionlar Liqasının qalibi olan Nabi Keyta Macarıstanın "Ferentsvaroş" komandası ilə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, o, "ağ-yaşıllar"da icarə əsasında çıxış edəcək.

29 yaşlı yarımmüdafiəçi müqavilə ilə Almaniyanın "Verder" klubuna məxsusdur.

Qvineyalı futbolçu 2018-ci ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasının qalibi olub.

Geri qayıt