Qelebə.az / Azərbaycan futzal millisinin heyətində dəyişiklik olub

Azərbaycan futzal millisinin heyətində dəyişiklik olub

10-12-2024, 09:39

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsində İsveçlə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.

"QELEBE.AZ" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli Kənan Manafovu Emil Həsənzadə əvəzləyib.

Qeyd edək ki, Azərbaycan - İsveç matçı dekabrın 17-də Bakı İdman Sarayında, saat 20:00-da başlayacaq.

Geri qayıt