Qelebə.az / Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar

Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar

9-12-2024, 17:05

Azərbaycan təmsilçiləri İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında keçirilən "2024 / Karate - 1 Liqası"nda iki medal qazanıblar.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

45 kq çəki dərəcəsində Elməddin Səlimli (12-13 yaş) gümüş, 52 kq-da isə Vüsal Qənbərov (14-15 yaş) bürünc medala sahib çıxıb.

Geri qayıt