Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan çempionatında turun proqramı bəlli olub

Kişi voleybolçular arasında Azərbaycan çempionatında turun proqramı bəlli olub

9-12-2024, 12:33

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun proqramı bəlli olub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oyunlar dekabrın 10-11-də keçiriləcək.

Dekabrın 10-da MOİK - “Xilasedici” görüşü saat 15:00-da, "Azərreyl" - "Gənclər" qarşılaşması saat 17:00-da start götürəcək.

Növbəti gün saat 15:00-da isə “Murov Az Terminal” və "Neftçi" münasibətlərə aydınlıq gətirəcəklər.

Matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.

Geri qayıt