Qelebə.az / "Araz-Naxçıvan" turun ilk oyununda "Səbail"i məğlub edib

"Araz-Naxçıvan" turun ilk oyununda "Səbail"i məğlub edib

7-12-2024, 16:53

"Araz-Naxçıvan" Misli Premyer Liqasında "Səbail"i məğlub edib.

"QELEBE.AZ"un məlumatına görə, XVI turun ilk oyunu “ASCO Arena”da keçirilib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Ramon Maçado penaltini dəqiq yerinə yetirib. 56-cı dəqiqədə Bernardo Dias adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarını sayını 39-a çatdıran Naxçıvan klubu birinci pillədə qərarlaşıb. "Dənizçilər" 8 xalla sonuncu - onuncu sırada yer alıb.

Günün ikinci matçında "Qarabağ" "Sabah"ın qonağı olacaq.

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.

Geri qayıt