Qelebə.az / Qadın həndbolçular arasında Azərbaycan çempionatında turun mərkəzi oyunu keçirilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatında turun mərkəzi oyunu keçirilib

7-12-2024, 15:26

Qadın həndbolçular arasında Azərbaycan çempionatında VII turun mərkəzi oyunu baş tutub.

"QELEBE.AZ"un məlumatına görə, "Qarabağ" komandası "Kür"lə üz-üzə gəlib.

Qarşılaşma Mingəçevir təmsilçisinin qələbəsi ilə bitib - 30:28.

Hazırda 6 matçdan sonra 10 xalı olan "Qarabağ" ikinci pillədə qərarlaşıb. Beş görüş keçirən "Kür" 8 xalla üçüncü sıradadır.

Geri qayıt