Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək dünya çempionatında iştirak edəcək.
"QELEBE.AZ"un məlumatına görə, bu barədə Azərbaycan çempionatının püşkatma mərasimində bildirilib.
Yığmanın heyəti çempionatın nəticəsinə əsasən formalaşacaq.