Qelebə.az / Azərbaycanın MMA döyüşçüsünün "Rizin"dəki növbəti rəqibi bəlli olub

Azərbaycanın MMA döyüşçüsünün "Rizin"dəki növbəti rəqibi bəlli olub

5-12-2024, 11:56

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmovun "Rizin" Döyüş Federasiyasındakı növbəti rəqibi bəlli olub.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə qurumun rəsmi "X" hesabı məlumat yayıb.

O, dekabrın 31-də braziliyalı Roberto Satoşi Souza ilə üz-üzə gələcək. 71 kq çəki dərəcəsindəki döyüş Yaponiyadakı "Saitama Super Arena"da təşkil ediləcək.

Qeyd edək ki, Vüqar Kərəmov "Rizin"dəki son görüşündə yaponiyalı Kazumasa Majimaya qalib gəlib.

Geri qayıt