Qelebə.az / "Real" beş ildən sonra antirekordunu təkrarlayıb

"Real" beş ildən sonra antirekordunu təkrarlayıb

5-12-2024, 09:04

İspaniyanın "Real" komandası beş ildən sonra antirekordunu təkrarlayıb.

"QELEBE.AZ" xəbər verir ki, bu, Madrid təmsilçisinin La Liqanın XIX turunun matçında səfərdə "Atletik"ə uduzması (1:2) ilə reallaşıb.

Beləliklə, "Kral klubu" cari mövsümdəki 5-ci oyununda məğlub olub.

Hazırkı ölkə çempionu son olaraq 2020/2021 mövsümünün ilk yarısında 5 qarşılaşmada yenilib.

Qeyd edək ki, "Real" daha əvvəl Çempionlar Liqasında İngiltərənin "Liverpul" (0:2), İtaliyanın "Milan" (1:3), Fransanın "Lill" (0:1) komandalarına, La Liqada isə "Barselona"ya (0:4) uduzub.

Geri qayıt