Qelebə.az / Estoniya Futbol Assosiasiyası azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələnib

Estoniya Futbol Assosiasiyası azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələnib

4-12-2024, 16:11

UEFA Estoniya Futbol Assosiasiyasını azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələyib.

"Report"un məlumatına görə, buna oktyabrın 11-də Millətlər Liqasında keçirilmiş Estoniya - Azərbaycan matçında fanatların meydana yad əşyalar atması səbəb olub.

Qurum buna görə 4875 avro ziyana düşüb.

Qeyd edək ki, oktyabrın 11-də Tallin şəhərində keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Geri qayıt