Qelebə.az / "Qalatasaray"ın sabiq futbolçusu 45 yaşında karyerasını başa vurub

"Qalatasaray"ın sabiq futbolçusu 45 yaşında karyerasını başa vurub

4-12-2024, 15:04

Yaponiya millisinin və Türkiyə təmsilçisi "Qalatasaray"ın 45 yaşlı sabiq futbolçusu Dzyuniti İnamoto karyerasını başa vurub.

"Report" xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçi özü sosial şəbəkə hesabında paylaşım edib.

2006/2007 mövsümündə "Qalatasaray"da çıxış edən İnamoto Türkiyədə forma geyinən ilk yaponiyalı futbolçu kimi tarixə düşmüşdü. O, "sarı-qırmızılar"ın heyətində 34 matçda 1 qol vurub.

Qeyd edək ki, futbolçu son olaraq ölkəsinin "Nankatsu" klubunun şərəfini qoruyub.

Geri qayıt