Qelebə.az / Azərbaycan Basketbol Liqası: V tura bir oyunla start veriləcək

Azərbaycan Basketbol Liqası: V tura bir oyunla start veriləcək

3-12-2024, 09:18

Azərbaycan Basketbol Liqasında V tura bu gün bir oyunla start veriləcək.

"QELEBE.AZ"un məlumatına görə, B qrupunda "Ordu" evdə "Quba" ilə üz-üzə gələcək.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 19:00-da başlayacaq. "Ordu" hazırda B qrupunda 7 xalla ikinci pillədə qərarlaşıb. "Quba" isə 5 xalla beşincidir.

Qeyd edək ki, V turun digər görüşləri dekabrın 4-ü, 6-sı, 7-si və 8-də keçiriləcək.

Geri qayıt