Qelebə.az / Mahir Emreli "Nürnberq" klubunda növbəti oyununu keçirib, qarşılaşma heç-heçə yekunlaşıb

Mahir Emreli "Nürnberq" klubunda növbəti oyununu keçirib, qarşılaşma heç-heçə yekunlaşıb

1-12-2024, 18:31

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçunun çıxış etdiyi komanda II Bundesliqanın XIV turunda "Fortuna Düsseldorf”u qəbul edib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.

Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 19-a çatdıran Nürnberq təmsilçisi 12-ci pillədə qərarlaşıb.

Geri qayıt