Qelebə.az / "Kür" Avropa Kubokunda mübarizəni dayandırıb

"Kür" Avropa Kubokunda mübarizəni dayandırıb

1-12-2024, 18:25

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində bu gün İslandiya təmsilçisi “Haukar” ilə cavab matçına çıxıb.

“Report”un Mingəçevirə ezam olunan əməkdaşının məlumatına görə, qarşılaşma “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunub.

Moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyukun idarə etdiyi görüş rəqibin 38:27 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Kür" Avropa Kubokunda mübarizəni dayandırıb.

Qeyd edək ki, İslandiya təmsilçisi ötən gün baş tutan ilk oyundan da qalib ayrılmışdı - 30:25.

Geri qayıt