Qelebə.az / Avropa Kuboku: "Kür" İslandiya klubu ilə cavab matçına çıxacaq

Avropa Kuboku: "Kür" İslandiya klubu ilə cavab matçına çıxacaq

1-12-2024, 10:35

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində bu gün İslandiya təmsilçisi “Haukar” ilə cavab matçına çıxacaq.

“Report”un Mingəçevirə ezam olunan əməkdaşının məlumatına görə, qarşılaşma “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunacaq.

Saat 17:00-da start götürəcək görüşü moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyuk idarə edəcəklər.

Qeyd edək ki, ötən gün baş tutan ilk oyun İslandiya təmsilçisinin 30:25 hesablı qələbəsi ilə yekunlaşıb.

Geri qayıt