Qelebə.az / Avropa Kuboku: "Kür" İslandiya klubuna məğlub olub

Avropa Kuboku: "Kür" İslandiya klubuna məğlub olub

30-11-2024, 18:29

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun 3-cü mərhələsində İslandiyanın “Haukar” klubuna məğlub olub.

“Report”un Mingəçevirə ezam olunan əməkdaşının məlumatına görə, “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunan qarşılaşma rəqibin 30:25 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü də sabah eyni məkanda keçiriləcək.

Geri qayıt