Qelebə.az / Azərbaycanın futzal üzrə FIFA referilərinə təyinat verilib

Azərbaycanın futzal üzrə FIFA referilərinə təyinat verilib

30-11-2024, 13:53

Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılova təyinat verilib.

"QELEBE.AZ" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq dərəcəli hakimlər AVRO-2026-nın əsas mərhələsində Çexiya – Belçika oyununu idarə edəcək.

Qeyd edək ki, dekabrın 13-də Çexiyanın Plzen şəhərində keçiriləcək görüş saat 22:00-da başlayacaq.

Geri qayıt