Qelebə.az / Türkiyə Superliqası təmsilçisi yeni baş məşqçisinin adını açıqlayıb

Türkiyə Superliqası təmsilçisi yeni baş məşqçisinin adını açıqlayıb

29-11-2024, 18:19

Türkiyə Superliqası təmsilçisi "Adana Dəmirspor" yeni baş məşqçisinin adını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın "sükanı arxasına" Mustafa Dalçın dəvət olunub. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Adana Dəmirspor" 12 turdan sonra 2 xalla turnir cədvəlində sonuncu - 19-cu yerdədir.

Geri qayıt