Qelebə.az / Avropa Liqası: "Qarabağ" - "Lion" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6

Avropa Liqası: "Qarabağ" - "Lion" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6

28-11-2024, 23:25

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda dördüncü qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 4:0-a çatdırıb.

80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.

23:13

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 3:0-a çatdırıb.

68-ci dəqiqədə Malik Fofana adını tabloya yazdırıb.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.

23:07

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda ikinci qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 2:0-a çatdırıb.

63-cü dəqiqədə Tolisso adını tabloya yazdırıb.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.

22:49

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda 1:0 irəlidədir.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.

22:00

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda irəli çıxıb.

15-ci dəqiqədə Jorj Mikautadze fərqlənib.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.

21:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.

Geri qayıt