Qelebə.az / Azərbaycan millisi Avropa çempionatındakı ilk matçında böyük hesabla məğlub olub

Azərbaycan millisi Avropa çempionatındakı ilk matçında böyük hesabla məğlub olub

26-11-2024, 14:47

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində keçirdiyi ilk oyunda böyük hesabla məğlub olub.

"QELEBE.AZ"un məlumatına görə, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gəlib.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də meydan sahibləri ilə münasibətləri aydınlaşdıracaq.

Geri qayıt