Qelebə.az / "Qarabağ" - "Lion" oyununun hakimi daha əvvəl Azərbaycan millisinin matçını idarə edib

"Qarabağ" - "Lion" oyununun hakimi daha əvvəl Azərbaycan millisinin matçını idarə edib

26-11-2024, 13:29

"Qarabağ"ın Fransa təmsilçisi "Lion"la Avropa Liqası matçına təyinat alan serbiyalı hakim Nenad Minakoviç daha əvvəl Azərbaycan millisinin oyununu idarə edib.

"Report"un məlumatına görə, 35 yaşlı ədalət təmsilçisi AVRO-2024-ün seçmə mərhələsində yığmanın Belçika ilə Bakıdakı qarşılaşmasında iş başında olub.

O, millinin 0:1 hesabı ilə uduzduğu görüşdə baş hakim funksiyasını yerinə yetirib.

N.Minakoviç 2021-ci ildən beynəlxalq matçlara təyinat alır.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" oyunu saat 21:45-də start götürəcək.

Geri qayıt