Qelebə.az / Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər

Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər

25-11-2024, 22:54

Azərbaycanın idmançıları Qazaxıstanın Türkistan vilayətində keçirilən qazax güləşi üzrə böyüklər arasında Dünya Kubokunda iki bürünc medal qazanıblar.

"Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təmsilçilərimizdən Elşən Dünyamalıyev (55 kq) və Adil Adilzadə (82 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Geri qayıt