Qelebə.az / Altıqat olimpiya çempionu karyerasını bitirib

Altıqat olimpiya çempionu karyerasını bitirib

25-11-2024, 12:52

Altıqat olimpiya çempionu, avstraliyalı üzgüçü Emma Makkeon peşəkar karyerasını başa vurub.

"QELEBE.AZ" xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.

Qeyd edək ki, E.Makkeon karyerası ərzində olimpiadada 6 qızıl, 3 gümüş və 5 bürünc medalı əldə edib. 30 yaşlı idmançı həmçinin dünya çempionatlarında 5 qızıl medal qazanıb. Ümumilikdə 14 olimpiya medalı qazanan üzgüçü bu baxımdan Avstraliya idmançıları arasında rekorda sahibdir.

Geri qayıt