Qelebə.az / Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

12-11-2022, 12:54

Qazaxıstan Futbol Federasiyası milli komandanın baş məşqçisi Məhəmməd Adiyevlə yeni müqavilə imzalayıb.

"QELEBE.AZ" qurumun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmənin müddəti 2024-cü ilin sonunadək nəzərdə tutulub.

Rusiyalı mütəxəssis yığmaya bu ilin mayından rəhbərlik edir.

Qeyd edək ki, Qazaxıstan UEFA Millətlər Liqasında Azərbaycan yığmasının yer aldığı qrupda 13 xalla lider olub və B Liqasına yüksəlib. Azərbaycan millisi 10 xalla ikinci yeri tutub.

Geri qayıt