Qelebə.az / Almaniya millisi baş məşqçisi ilə müqavilə müddətini uzatmağı düşünür

Almaniya millisi baş məşqçisi ilə müqavilə müddətini uzatmağı düşünür

21-11-2024, 17:57

Almaniya millisi baş məşqçisi Yulian Naqelsmannla müqavilə müddətini uzatmağı düşünür.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssisin hazırkı sözləşməsinin müddəti 2026-cı ildə başa çatacaq.

Bununla belə, Bundestim 37 yaşlı çalışdırıcı ilə daha 2 illik müqavilə bağlamağı düşünür.

Qeyd edək ki, Almaniya millisi Y.Naqelsmannın rəhbərliyi altında meydana çıxdığı 19 oyunda 11 qələbə qazanıb.

Geri qayıt