Qelebə.az / "Kəpəz"in futbolçusu əməliyyat olunub

"Kəpəz"in futbolçusu əməliyyat olunub

21-11-2024, 14:33

"Kəpəz" klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.

Qeyd edək ki, müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.

Geri qayıt