Qelebə.az / "Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

3-09-2022, 11:00

Yunanıstanın "Olimpiakos" klubu yeni transferi Marselonu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üşün sifariş edib.

"Report" "Sport24.gr" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə yanaşı digər yeni futbolçular - Pep Biel, Panayotis Retsos, Hvan Uy Co və Coş Boulerin adı "25-liy"ə salınıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın "Frayburq" və Fransanın "Nant" komandaları da mübarizə aparacaq.

Geri qayıt