Qelebə.az / Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Moldova ilə heç-heçə edib

Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Moldova ilə heç-heçə edib

19-11-2024, 16:57

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində keçirdiyi üçüncü oyunda heç-heçə edib.

"Report"un məlumatına görə, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gəlib.

Kişinyovdakı “Zimbru” stadionunda baş tutan görüş 2:2 hesabı ilə nəticələnib.

Millimizdən Həsən Nəzərli dubl (15, 45+1) müəllifi olub.

Qeyd edək ki, U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) uduzub.

Geri qayıt