Qelebə.az / UEFA Avropa Liqası: "Qarabağ" - "Lion" matçının biletləri sabah satışa çıxarılacaq

UEFA Avropa Liqası: "Qarabağ" - "Lion" matçının biletləri sabah satışa çıxarılacaq

18-11-2024, 22:09

UEFA Avropa Liqasının V turunun “Qarabağ” - “Lion” (Fransa) oyununun biletləri sabah satışa çıxarılacaq.

"QELEBE.AZ" Ağdam kjubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər saat 12:00-dan etibarən biletləri əldə edə biləcəklər.

Biletlərinin qiyməti 5, 20, 30, 40, 75 və 150 manatdır. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, qarşılaşma noyabrın 28-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Geri qayıt